"Biz geridönüş edəcəyik" -    "Real" futbolçuları iddialı danışdı

"Biz geridönüş edəcəyik" - "Real" futbolçuları iddialı danışdı

 
0

"Real"ın futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a qarşı ilk oyundakı 0:3 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağında bu məğlubiyyəti müzakirə ediblər.

Sportal.az xəbər verir ki, "El Chiringuito TV"-nin məlumatına görə, motivasiya nitqləri ilə çıxış edənlər arasında hücumçular Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem və Federiko Valverde olub.

Danışıqlar zamanı aşağıdakı fikirlər səsləndirilib:

- "Real Madrid"in Çempionlar Liqasında 15 titulu var – bu klubun irsini və təcrübəsini vurğulamaq üçün.

- Məqsəd cavab oyununda ilk 15 dəqiqədə qol vurmaq kimi müəyyən edilib.

- Nitqlərin sonunda "Biz geridönüş edəcəyik" cümləsi səsləndikdən sonra paltardəyişmə otağında alqış səsləri eşidilib.

PaylaşPaylaş

Şərhlər yüklənir...