
"Bir müddət əvvəl millidə çıxış edəcəyimə inanmırdım" - 19 yaşlı futbolçu
0
Endrik DÇ-2026-da oynamaq şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu qışda "Real"dan icarə əsasında "Lion"a keçib və yeni komandasında 14 oyunda 6 qol, 5 assistlə uğurlu start götürüb.
“Lion"da belə yaxşı başlayacağımı gözləmirdim, amma Allah belə istəyib. Bir müddət əvvəl dünya çempionatında oynaya biləcəyimə inanmırdım, indi isə bu mümkündür. Mən heç nəyə şübhə etmirəm, işimi görəcəyəm və bu günlə yaşayacağam.
"Lion"da yaxşı məşq etməliyəm, proqramıma əməl etməliyəm, sağlam qalmalı və oyunlarda özümü göstərməliyəm. Allah istəsə, iyunda dünya çempionatına gedəcəyəm,” – deyə Endrik bildirib.



