"Beşiktaş" futbolçusunu icarəyə yollaya bilər

"Beşiktaş" futbolçusunu icarəyə yollaya bilər

 
0

"Beşiktaş" legionerlərdən biri ilə yollarını ayırmağa yaxındır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, “Hatayspor” Aleks-Oksley Çemberleni icarəyə götürmək niyyətindədir.

Artıq bununla bağlı tərəflər arasında danışıqlara start verilib. 31 yaşlı futbolçunun “Hatayspor”a keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

İngilis futbolçunun “Beşiktaş”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

“Hatayspor” Türkiyə Superliqasında 16 turdan sonra 9 xalla 18-ci pillədədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...