
"Beşiktaş" Argentina millisinin üzvü ilə danışıqlara başladı
0
"Bayer"in yarımmüdafiəçisi Eksekiel Palasios karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Palasiosu yayda heyətinə qatmağa çalışacaq. "Qara qartallar"ın futbol koordinatoru 27 yaşlı oyunçu ilə ilkin danışıqlar aparıb. Futbolçu özü Almaniya klubundan ayrılmağa isti yanaşır.
Qeyd edək ki, "Bayer" Eksekiel Palasiosu 2020-ci ilin yanvarında "River Pleyt"dən 17 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.



