Belçika millisinin üzvü "Beşiktaş"a keçə bilər

Belçika millisinin üzvü "Beşiktaş"a keçə bilər

 
0

"Lester Siti"nin müdafiəçisi Vaut Faes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fotomaç" məlumat yayıb.

İstanbul nəhəngi Faesi satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "Qara qartallar" yaxın günlərdə 27 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Lester Siti" Vaut Faesi 2022-ci ilin yayında "Renn"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimidir.

PaylaşPaylaş

Şərhlər yüklənir...