
"Bavariya" İngiltərə millisinin futbolçusu ilə ilkin razılıq əldə etdi - "Real" və "Liverpul" da istəyir
0
“Bavariya” Mark Qehinin transferi istiqamətində fəaliyyətini fəallaşdırıb.
Sportal.az xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına görə, Münhen klubu artıq “Kristal Pelas”ın müdafiəçisinin nümayəndələri ilə əlaqə yaradıb və ilkin razılıq əldə olunub. Bununla belə, futbolçunun Almaniya klubuna keçidi Dayo Upamekano və Kim Min Ce-nin komandada qalmasından da asılı olacaq.
Bildirilib ki, “Bavariya” Qehi üçün “Liverpul” və “Real” ilə rəqabət aparacaq. Hər iki klub da oyunçunun transferi üzərində ciddi işləyir.