
"Barselona"nın müdafiəçisi yenə zədələndi
0
“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen zədə səbəbindən yaxın vaxtlarda komandaya kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Danimarkalı futbolçu son vaxtlar əzələ ağrısı səbəbindən “Real” və “Elçe” ilə La Liqa matçlarını buraxmışdı.
Kristensen bərpa prosesinə qayıtdıqdan cəmi bir gün sonra yenidən zədələnib. 29 yaşlı oyunçu bu səbəbdən noyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Brügge”yə qarşı oyununda iştirak etməyəcək.
Qeyd edək ki, Andreas Kristensen cari mövsümdə "Barselona"nın heyətində 9 rəsmi matçda meydana çıxıb.



