
"Barselona"nın "Liverpul"un futbolçusunu transfer etməyəcək
0
Luis Diaz "Barselona"ya keçməyəcək.
Sportal.az “El Nacional”a istinadən xəbər verir ki, “Barselona"nın almaniyalı baş məşqçisi Hans Flik “Liverpul”un futbolçusu Luis Diazın transferinə veto qoyub.
Kataloniya təmsilçisinin kolumbiyalı ilə maraqlanması ilə bağlı uzun müddətdir ki, söz-söhbətlər yayılsa da, transferin baş tutmayacağı görünür.
Flik 28 yaşlı futbolçunu deyil, “Atletik”in vingeri Niko Uilyamsın keçidinə üstünlük verib. İspanın müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.



