"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq

"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq

 
0

İspaniya milli komandasının düşərgəsində zədələnən Dani Olmonun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusunda əzələ zədəsi aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, La Liqada "Jirona", Çempionlar Liqasında isə "Olimpiakos"la matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leypziq"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydaana çıxdığı 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...