
"Barselona" üçün qol buraxıb-buraxmamaq o qədər də vacib deyil" - Simeone
Diego Simeone "Atletiko"nun "Barselona" ilə UEFA Çempionlar Liqası 1/4 final oyunu öncəsi fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öz açıqlamasında bunları qeyd edib:
“Çempionlar Liqası çox çətin turnirdir, "Barselona" isə həlledici mərhələdə çox güclü rəqibdir. Xüsusilə evdə çox güclüdürlər, son 23 oyunun yalnız birini uduzublar. Biz oyunu elə səviyyəyə çatdırmağa çalışacağıq ki, onlara problem yarada bilək.
Biz buraya mübarizə aparmaq üçün gəlmişik. Rəqibə hörmət edirik, amma kimlə oynamağımızdan asılı olmayaraq burada olmaqdan çox məmnunuq.
Bütün komandalar hücumda yaxşılaşanda müdafiədə zəifləyir. "Barselona" da belə komandadır, hücumda çox güclüdür. Onlar üçün qol buraxmaq o qədər də problem deyil, çünki üç qol vuracaqlar. Bu, məntiqlidir. Biz də elə bir mərhələdəyik ki, hücumumuz müdafiədən daha yaxşı olmağa başlayır”, – deyə Simeone bildirib.



