"Azərreyl" və "Abşeron" qələbə qazandı

"Azərreyl" və "Abşeron" qələbə qazandı

 
0

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilir.

Sportal.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində II turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.

Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, II turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Yüksək Liqa (Qadınlar)

II tur

6 dekabr 

“Azərreyl” - “Murov Az Terminal” 3:2 (25:18, 23:25,  22:25, 25:8, 18:16)

“Abşeron” - UNEC 3:0 (25:10, 25:12, 25:9)

7 dekabr

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”

Ünvan: Gəncə İdman Sarayı

AVF-nin rəsmi Youtube kanalı

PaylaşPaylaş

Şərhlər yüklənir...