Azərbaycanlı hakim Almaniyanın oyununu idarə etdi

Azərbaycanlı hakim Almaniyanın oyununu idarə etdi

 
0

Azərbaycanlı FİFA referisi Kamal Umudlu futbol üzrə gənclərdən ibarət AVRO-2025-in (U-17) final mərhələsinin A qrupunun 2-ci turunun Elbasanda Albaniya və Almaniya yığmaları arasında keçirilən oyununu idarə edib.

Sportal.az xəbər verir ki, görüş almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Umudlu hər komandadan iki nəfəri sarı vərəqə ilə cəzalandırıb.Qeyd edək ki, Umudlu əvvəlcə final mərhələsinin ehtiyat hakimləri sırasında yer alıb. Lakin ümumi siyahıda olan əsas hakimlərdən biri zədələnib və Umudlu onu əvəzləyib.

PaylaşPaylaş

Şərhlər yüklənir...