Azərbaycanlı futbolçu bu ölkədən ayrılacaq    - yeni komandada oynayacaq

Azərbaycanlı futbolçu bu ölkədən ayrılacaq - yeni komandada oynayacaq

 
0

Latviyanın "Qrobinya" klubunda oynayan Nazim Məmmədzadə 2025-ci ilə yeni komandada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçi Latviya klubundan ayrılacaq. Onun "Qrobinya" ilə müqavilə müddəti bu ay başa çatacaq.

Məmmədzadənin bu komandada qalmayacağı və özünə yeni komanda tapacağı gözlənilir.

23 yaşlı futbolçu “Qrobinya”ya iyulun 1-də keçmişdi. "Neftçi"nin yetirməsi olan Nazim "Renova", "Moralo", "Marino Luanko", MOİK klublarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...