Azərbaycanlı futbolçu Asiya təmsilçisi ilə müqavilə imzaladı    - FOTO

Azərbaycanlı futbolçu Asiya təmsilçisi ilə müqavilə imzaladı - FOTO

 
0

2020-ci ildən Taylandda yaşayan Məmməd Quliyev özünə yeni komanda tapıb.

Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi bu dəfə də Tayland klubu ilə anlaşıb.

Quliyev "Muanqloei Yunayted"lə müqavilə imzalayıb.

Həmyerlimiz mövsümün sonuna qədər həmin klubda oynayacaq. Bu klub Tayland üçüncü liqasında çıxış edir.

Qeyd edək ki, Məmməd Quliyev indiyə qədər “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphaengphet”, “Kasem Bundit”, “Thonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted”(hamısı Tayland) komandalarının formasını geyinib.

PaylaşPaylaş

Şərhlər yüklənir...