
Azərbaycanlı futbolçu 7:0-lıq qələbədə pay sahibi oldu
0
Türkiyədə birinci liqada 38-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Adanaspor”a qalib gəlib (7:0).
Azərbaycanlı futbolçu bütün oyunu meydanda olub.
O, bir asistlə yadda qalıb. Bununla yanaşı, İsgəndərli sarı vərəqə ilə cəzalandırılıb.



