
Azərbaycanla görüşdə tarixə düşdü
0
Fransa milli komandasının qolkiperi Luka Şevalye ölkəsinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, o, milli komandanın heyətində debüt matçında qapısında ən erkən qol görən qapıçı olub.
24 yaşlı qolkiper Azərbaycan millisi ilə görüşdə 4-cü dəqiqədə qapısında top görüb.
Son dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda İtaliyadan 4-cü dəqiqədə qol buraxmışdı.
Qeyd edək ki, Azərbaycan - Fransa görüşü 1:3 hesabı ilə başa çatıb.



