Azərbaycanda işləmiş məşqçi "Hall Siti"ni çalışdıracaq -    RƏSMİ

Azərbaycanda işləmiş məşqçi "Hall Siti"ni çalışdıracaq - RƏSMİ

 
0

İngiltərənin "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

PaylaşPaylaş

Şərhlər yüklənir...