
Azərbaycan UEFA reytinqində bu ölkədən geridə qalır
0
"Sabah"ın Avropa Liqasının təsnifat mərhələsinin ilk turu çərçivəsində keçirdiyi oyun Azərbaycan üçün cari Avropa mövsümündə ilk matç olub.
Sportal.az xəbər verir ki, Azərbaycan bu mövsümə 17,125 xalla UEFA reytinqində 29-cu yerdə başlayıb.
Turun ilk oyununda Sloveniyanın “Çelye” klubuna uduzan “Sabah” bu dəfə ölkənin reytinqinə təsir edə bilməyib.
Azərbaycan UEFA reytinqində Bolqarıstanı (16 250) qabaqlayır. Ondan öndə isə Ukraynadır (17 850).



