
Azərbaycan millisinin üzvü Fransaya qarşı oynamayacaq
0
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin son turunda Fransa ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüstəm Əhmədzadə bu matçda meydana çıxmayacaq.
O, İslandiya ilə görüşdə (0:2) sarı vərəqə ilə cəzalandırıldığı üçün cəzalı duruma düşüb.
Azərbaycan - Fransa matçı noyabrın 16-da keçiriləcək və görüşə 21:00-da start veriləcək.



