Azərbaycan millisinin sabiq üzvü Region Liqası klubunda

Azərbaycan millisinin sabiq üzvü Region Liqası klubunda

 
0

"Xankəndi" Futbol Klubu növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev, Sumqayıt futbol məktəbinin yetirməsidir və karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.

PaylaşPaylaş

Şərhlər yüklənir...