Azərbaycan millisinin oyununu özbəklər idarə edəcək

Azərbaycan millisinin oyununu özbəklər idarə edəcək

 
0

Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün Syerra Leone ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, həmin görüşü Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Asker Najafaliyevdir.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...