Azərbaycan millisinin 8 boksçusu dünya çempionatının 1/4 finalında

Azərbaycan millisinin 8 boksçusu dünya çempionatının 1/4 finalında

 
0

Azərbaycanın 8 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında 1/4 final mərhələsində mübarizə aparacaq.

Sportal.az xəbər verir ki, son olaraq iki təmsilçimiz 1/8 final göüşlərini qələbə ilə başa vurub. Maqsud Xasmetov (63,5 kq) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək. Sərxan Əliyev (71 kq) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək. Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.

PaylaşPaylaş

Şərhlər yüklənir...