
Azərbaycan Kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Mərhələnin matçları üç günü əhatə edəcək.
1/8 final cütlərindən yalnız ikisində üz-üzə gələcək komandaların kubokdakı yolları əvvəlki illərdə də kəsişib. Digər 6 cüt isə ilk dəfə kubokda qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – 10 oyun, +4=3-3, top fərqi 6-9
“Zirə” son iki görüşdə qol vurub. Qəsəbə klubunun meydanındakı son 4 görüşdə 1-dən artıq qol olmayıb.
4 dekabr (cümə axşamı)
“Araz-Naxçıvan” – “Kəpəz” – 2 oyun, +0=1-1, top fərqi 0-0
Komandalar arasındakı iki matçdan yalnız biri baş tutub və qolsuz başa çatıb. Cavab görüşündə isə texniki nəticə qeydə alınıb.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.



