Azərbaycan klubu avrokuboklarda qrupda ilk matçına çıxır

Azərbaycan klubu avrokuboklarda qrupda ilk matçına çıxır

 
0

Bu gün daha Azərbaycanın daha bir klubu basketbol üzrə Avropa Kubokunun qrup mərhələsində mübarizəyə start verəcək.

Sportal.az xəbər verir ki, I qrupda yer alan "Abşeron Lions" ilk matçına çıxacaq.

İlk dəfə qrupda yer alan Azərbaycan klubu Estoniyanın "Kalev" klubunu qəbul edəcək.

Bakı İdman Sarayında baş tutacaq görüşə 19:00-da start veriləcək.

Qeyd edək ki, "Abşeron Lions"un yer aldığı I qrupunda digər təmsilçimiz "Neftçi" də çıxış edir.

dünən səfərdə Polşa "Trefl"inə məğlub olub - 63:92.

FİBA Avropa Kuboku

İ qrupu

16 oktyabr

19:00 "Abşeron Lions" (Azərbaycan) – "Kalev" (Estoniya)

Bakı İdman Sarayı.

PaylaşPaylaş

Şərhlər yüklənir...