Azərbaycan güləşçiləri Türkiyədə "Zəfər Kuboku"nda yarışacaqlar

Azərbaycan güləşçiləri Türkiyədə "Zəfər Kuboku"nda yarışacaqlar

 
0

Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər Kuboku" start götürəcək.

Sportal.az xəbər verir ki, U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət komandamız mübarizə aparacaq.

Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçimiz iştirak edəcək.

Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi (53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) tatami üzərinə çıxacaq.

Yarışda III dərəcəli beynəlxalq dərəcəli hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...