Azərbaycan çempionatında yeni mövsüm bu tarixdə başlayır

Azərbaycan çempionatında yeni mövsüm bu tarixdə başlayır

 
0

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə dekabrın 3-də start veriləcək.

Sportal.az xəbər verir ki, həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq. Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək.

Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər.

Qadınlar: “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC.

Kişilər: MOİK, “Murov Az Terminal”, “Azərreyl”, “Xilasedici”, “Gənclər”, “Neftçi”.

Ölkə çempionatının 2024-2025-ci illər mövsümündə ilk qarşılaşmaları qadın komandaları arasında keçiriləcək. Dekabrın 3-də qadınların Yüksək Liqasında birinci turun oyunları baş tutacaq. Kişilərin mübarizəsində isə birinci turun oyunları 4-5 dekabr tarixlərində təşkil olunacaq.

Birinci turun oyun cədvəlləri

Azərbaycan çempionatı 

Yüksək Liqa (qadınlar)

I tur 

3 dekabr 

14:00. “Gəncə” - “Abşeron” 

Ünvan: Gəncə İdman sarayı

15:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl”

Ünvan: GİN-nin Voleybol Mərkəzi

17:00. “Murov Az Terminal” - UNEC

Ünvan: Murov Az Terminal VK-nın idman zalı

Yüksək Liqa (kişilər)

I tur 

4 dekabr 

15:00. “Murov Az Terminal” - MOİK

Ünvan: Murov Az Terminal VK-nın idman zalı

17:00. “Neftçi” - “Azərreyl”

Ünvan: GİN-nin Voleybol Mərkəzi

5 dekabr

16:00. “Gənclər” - “Xilasedici”

Ünvan: Sumqayıt OİK

PaylaşPaylaş

Şərhlər yüklənir...