"Atletiko"nun futbolçusu siyahıya düşmək üçün daha 12 qol vurmalıdır

"Atletiko"nun futbolçusu siyahıya düşmək üçün daha 12 qol vurmalıdır

 
0

Qrizmann La Liqanın tarixinə keçdi

“Atletiko”nun(Madrid) hücumçusu Antuan Qrizmann “Sevilya”ya qarşı 3:0 hesablı qələbə qazanılan oyunda qol vurub.

Sportal.az xəbər verir ki, bu qol onun La Liqada 200-cü qolu kimi tarixə keçib.

Fransız oyunçu bu mərhələyə çatan 11-ci futbolçudur. Onun növbəti məqsədi ilk “10luğ”a daxil olmaqdır. Lakin Antuan bunun üçün daha 12 qol vurmalıdır. "Selta", "Real”(Madrid) və "Deportivo"nun keçmiş hücumçusu Pano hazırda 10-cu yerdədir. Lionel Messi siyahıya 474 qolla başçılıq edir.

La Liqanın ən çox qol vuran 10 futbolçusu:

1. Messi - 474

2. Ronaldo - 311

3. Sarr - 251

4. Benzema - 248

5. Huqo Sançes - 234

6. Raul - 228

7. Di Stefano - 227

8. Sezar - 221

9. Kini - 219

10. Painyo - 212

PaylaşPaylaş

Şərhlər yüklənir...