"Atletiko"da ciddi itki: kapitan sıradan çıxdı

"Atletiko"da ciddi itki: kapitan sıradan çıxdı

 
0

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Koke sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan yarımmüdafiəçi La Liqanın 24-cü turunun "Selta" ilə matçında (1:1) ayaq əzələsindən zədə alıb.

33 yaşlı futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, La Liqada "Valensiya", "Atletik", "Xetafe", kubokda "Barselona" ilə oyunları və Çempionlar Liqası pley-off mərhələsinin ilk matçını buraxacaq.

Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...