"Atletiko" yunan futbolçunu transfer edəcək

"Atletiko" yunan futbolçunu transfer edəcək

 
0

"Atletiko" "Brügge"nin futbolçusu Xristos Tzolisi heyətinə qatmağı planlaşdırır.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, İspaniya klubu yunan futbolçu üçün “Brügge” ilə danışıqlara start verib.

Tzolisin Belçika nəhəngi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, PAOK, “Norviç”, “Tvente”, “Fortuna”(Düsseldorf) komandalarında oynayıb.

İspanlar Yunanıstan millisinin 24 yaşlı üzvünün keçidini yaya qədər həll etmək istəyir.

PaylaşPaylaş

Şərhlər yüklənir...