"Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma mən Rusiyada anadan olmuşam"

"Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma mən Rusiyada anadan olmuşam"

 
0

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Ülvi Babayev qərarını verib.

Sportal.az xəbər verir ki, Moskva "Dinamo"sunda çıxış edən 21 yaşlı vinger seçimini Rusiyadan yana edib. Futbolçu bununla bağlı "Championat.com" saytına açıqlama verib:

"Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma mən Rusiyada anadan olmuşam. Mənə bu məsələ ilə bağlı heç kim müraciət etməyib. Mən də bu istiqamətdə düşünməmişəm. Mənim öz hədəflərim və istəklərim var. Özümü yalnız Rusiya milli komandasında görürəm".

Qeyd edək ki, Ülvi Babayev hazırda Rusiyanın U-21 milli komandasının düşərgəsindədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...