Asim Xudiyevə UEFA-dan təyinat

Asim Xudiyevə UEFA-dan təyinat

 
0

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.

Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...