
"Arsenal"ın braziliyalı futbolçusu yığmanın matçında zədələndi
0
Braziliya "Emirates" stadionunda keçirilən yoldaşlıq oyununda Seneqali 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Qabriel Maqalyaes Braziliya yığmasının oyununda zədələnib. "Arsenal"ın müdafiəçisi oyunu 64-cü dəqiqədə tərk edib.
Qeyd edək ki, Qabriel əzələ zədəsi səbəbindən oyunu başa vurmaq məcburiyyətində qalıb. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.



