"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək? -    komandanı o hazırlayacaq

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək? - komandanı o hazırlayacaq

 
0

"Araz-Naxçıvan"ın mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışının planları bəlli olub.

Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi yanvarın 5-də Bakıda toplanacaq və paytaxtda hazırlıq keçəcək.

Komandanın yeni təyin olunmuş baş məşqçisi Andrey Demçenko isə qış toplanışı zamanı Bakıya gələcək. Onun yanvarın ilk günlərində paytaxtımıza təşrif buyuracağı gözlənilir.

"Araz-Naxçıvan"ı mövsümün ikinci hissəsinə məhz ukraynalı hazırlayacaq.

Naxçıvan təmsilçisi təlim-məşq toplanışı zamanı iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

49 yaşlı veteran futbolçu ÇSKA(Moskva), “Ayaks”, “Metallurq”(Zaporojye), “İlyiçevets”, “Obolon”, “Daçiya” klublarında oynayıb. O, “Obod”, “Lvov”, “Metallist”(Xarkov), “Dila”(Qori), “Dinamo”(Batumi), “Jenis” klublarını çalışdırıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...