"Araz-Naxçıvan" Superliqa klubuna qarşı

"Araz-Naxçıvan" Superliqa klubuna qarşı

 
0

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Araz-Naxçıvan” bu gün ikinci yoxlama matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi "Alanyaspor"la qarşılaşacaq.

Superliqa klubuna qarşı görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.

Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...