
"Araz-Naxçıvan" "Qəbələ"yə qarşı
0
Bu gün "Araz-Naxçıvan" və "Qəbələ" yoxlama görüşündə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Görüşə 15:00-da start veriləcək.
"Araz-Naxçıvan" qış toplanışı çərçivəsində əvəzedici heyətinə 7:0 qalib gəlmişdisə, "Qəbələ" "Kəpəz"də üstün olmuşdu(3:1).



