Ağayev "Fiorentina"nın forvardını meydandan qovdu

Ağayev "Fiorentina"nın forvardını meydandan qovdu

 
0

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" klubları arasında keçirilmiş ilk oyununu idarə edib.

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Ağayev 44-cü dəqiqədə “Fiorentina”nın hücumçusu Moize Kini meydandan qovub.

Bununla yanaşı, o, ümumilikdə 3 sarı vərəqə də göstərib.

Bu görüşdə Ağayevə laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, eləcə də dördüncü hakim Kamal Umudlu kömək ediblər.

PaylaşPaylaş

Şərhlər yüklənir...