AFFA rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

AFFA rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

 
0

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...