AFFA-nın vitse prezidenti federasiyanın prezidenti seçildi

AFFA-nın vitse prezidenti federasiyanın prezidenti seçildi

 
0

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Sportal.az xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Tədbirdə AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.

İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Xatırladaq ki, B.Qasımov 2024-cü ildən AFFA-nın vitse-prezidenti postunu tutur.

PaylaşPaylaş

Şərhlər yüklənir...