
Abubakar dünya çempionatında iştirak etməyəcək
0
DÇ-2026-nın Afrika zonası üzrə pley-off oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Neftçi"nin hücumçusu Vensan Abubakarın formasını geyindiyi Kamerun millisi Konqo Demokratik Respublikası ilə üz-üzə gəlib. Qarşılaşma konqoluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Kamerun yığması dünya çempionatında iştirak etmək şansını itirib.
Abubakar da bu matçın iştirakçısı olub. 33 yaşlı forvard 46-cı dəqiqədə Frank Maqrinin əvəzinə meydana daxil olub.



