
Abdullazadə oynamadı, komandası heç-heçə etdi
0
Xorvatiya çempionatında 12-ci turun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Osiyek"lə qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Abdullazadə bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. "Varajdin" hazırda 16 xalla dördüncü yerdədir.



