
A Seriyası klubları "Leççe"nin müdafiəçisini transfer etmək istəyir
0
"Leççe"nin müdafiəçisi Tiaqo Qabriel A Seriyasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Ağ-qaralar" Qabrieli yanvar ayında heyətinə qatmağa çalışacaq. 20 yaşlı mərkəz müdafiəçisi ilə "İnter" və bir neçə İngiltərə klubu da maraqlanır. Klubu gənc oyunçu üçün 25-30 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Leççe" Tiaqo Qabrieli 2025-ci ilin yanvar ayında "Eştrela"dan 1,2 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü bu mövsüm A Seriiyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.



