
3 il sonra İtaliya millisinə qayıdacaqdı - ağır zədə aldı
Marko Verratti ciddi diz zədəsi alıb.
Sportal.az xəbər verir ki, "Əl-Duhail"in yarımmüdafiəçisində menisk yırtığı aşkarlanıb. İtaliyalı futbolçu buna görə əməliyyat olunacaq.
Yarımmüdafiəçi bu zədə səbəbindən İtaliya millisinin düşərgəsinə qayıda bilməyəcək. O, DÇ-2026-nın pley-off mərhələsinin oyunlarında iştirak etməyəcək.
Verratti millinin heyətində 2012-ci ilin avqustunda debüt edib. 33 yaşlı futbolçu o vaxtdan bəri yığmada da 55 oyun keçirib və 3 qol vurub. Verratti sonuncu dəfə “Skuadra Adzurra”nın heyətində 2023-cü ilin iyununda Niderlaandla qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, İtaliya millisi dünya çempionatının seçmə mərhələsinin pley-off yarımfinalında martın 26-da Şimali İrlandiya ilə üz-üzə gələcək. Cennaro Qattuzonun komandası qələbə qazanacağı təqdirdə martın 31-də finalda Uels - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.



