21 yaşlı hücumçu "Barselona"nın hədəfində -    30 milyon avroya yüksəldi

21 yaşlı hücumçu "Barselona"nın hədəfində - 30 milyon avroya yüksəldi

 
0

Karl Etta-Eyonq “Barselona”da oynamaq istəyir.

Sportal.az xəbər verir ki, yay transfer pəncərəsinin sonunda “Barselona” 21 yaşlı hücumçunu almağı nəzərdən keçirmişdi, lakin bunun üçün lazımi maliyyə vəsaitini tapa bilməmişdi. Nəticədə kamerunlu forvard "Vilyarreal"dan “Levante”yə keçdi və onun transfer məbləği 10 milyon avrodan 30 milyon avroya yüksəlib.

Etta-Eyonqa bir çox Avropa klubları maraq göstərir, lakin futbolçunun özü üstünlüyü “Barselona”ya verir. Kataloniya klubu onun çıxışını izləməyə davam edir. Qeyd olunur ki, ingilis klubları lazım olan 30 milyon avronu ödəməyə hazırdır, buna görə də “Levante” endirim etməyi planlaşdırmır.

Karl bu mövsüm La Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...