"Zirə"nin rəqibim ÇSKA-ya qarşı

"Zirə"nin rəqibim ÇSKA-ya qarşı

 
0

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu yeni mövsümə hazırlıqla bağlı planlarını müəyyənləşdirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gündən iyunun 27-dək komanda Splitdə məşq edəcək. Daha sonra onlar Sloveniyanın Bled şəhərinə yollanaraq, mövsümə hazırlığın əsas hissəsini burada keçəcək.

Təlim-məşq toplanışı zamanı “qartallar”ın rəqibləri ən azı 3 yoldaşlıq oyununda ÇSKA (Sofiya, Bolqarıstan), “Radomlye” (Sloveniya) və LASK (Avstriya) klubları ilə qarşılaşacaq.

“Zirə” və “Hajduk” komandaları arasında ilk oyun iyulun 23-də Bakıdakı “Neftçi Arena” stadionunda keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.