
"Yuventus"un sabiq üzvü bu klubla anlaşdı
0
"Arsenal"ın sabiq futbolçusu Aaron Remzinin yeni klubu müəyyənləşib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi Meksika klubu ilə anlaşıb.
Təcrübəli futbolçu "UNAM Pumas"ın formasını geyinəcək.
Qeyd edək ki, 34 yaşlı britaniyalı ötən mövsümü "Kardiff"də keçirmişdi.
34 yaşlı futbolçu karyerası ərzində "Arsenal", "Nottingem Forest", "Yuventus", "Reyncers", "Nitsa" klublarında oynayıb.