
Xorvatiya millisinin üzvü "İnter"də - RƏSMİ
0
İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"dan Petar Suçiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün Xorvatiya klubuna 14 milyon avro təzminat ödəyib. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Dinamo" Petar Suçiçi 2022-ci ilin yanvar ayında "Zirinski Mostar"dan transfer etmişdi. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 4 məhsulsdar ötürmə ilə yadda qalıb.