
"Valensiya" İngiltərə millisinin sabiq forvardını transfer etməyi planlaşdırır
0
“Lester”in hücumçusu Ceymi Vardi karyerasını "Valensiya"da davam etdirməyə yaxındır.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Karlos Korberanın əsas transfer hədəflərindən biri məhz Vardidir. Mütəxəssis hesab edir ki, ingilisin təcrübəsi və hücumçu kimi bacarığı komandaya faydalı olacaq.
Vardi yayda hazırkı komandasını tərk edərək azad agent statusu daşıyacaq. 38 yaşlı hücumçu 2012-ci ildən “Lester”də oynayırdı.