
Türkiyə millisinin üzvü La Liqanı Bundesliqaya dəyişdi - RƏSMİ
0
"Valensiya"nın müdafiəçisi Cenk Özkaçar karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Köln" türkiyəli futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü 2025/2026 mövsümündə Bundesliqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Valensiya" Cenk Özkaçarı 2022-ci ilin yayında "Lion"dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm icarə əsasında "Valyadolid"in formasını geyinib.