Türkiyə millisində yeni baş məşqçi

Türkiyə millisində yeni baş məşqçi

 
0

Türkiyə U-21 milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki,  yığmanı Egemen Korkmaz çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Egemen Korkmaz "Denizlispor", "Erzurumspor" və "Trabzonspor"da köməkçi məşqçi kimi çalışıb. O, millidə Gökhan Gönülü əvəz edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.