"Trabzonspor" İngiltərə klubundan 20 milyon avro tələb edir

"Trabzonspor" İngiltərə klubundan 20 milyon avro tələb edir

 
0

"Trabzonspor"un müdafiəçisi Arseniy Bataqov karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Brayton" ukraynalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İngiltərə klubu ukraynalı mərkəz müdafiəçisi üçün danışıqlara başlamağa hazırlaşır. "Trabzonspor" futbolçusu üçün 20 milyon avro tələb edir.

23 yaşlı oyunçu ilə Avropada "Brayton"dan başqa bir neçə klubun da  maraqlandığı bildirilir.

Qeyd edək ki, "Trabzonspor" Arseniy Bataqovu 2024-cü ilin yayında "Zarya"dan transfer edib. Ukrayna U-21 millisinin üzvü Super Liqa təmsilçisinin hyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qallıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.